UDUŞLARIN TƏQDİM EDİLMƏSİ


Qaliblərin avtomobil uduşları Dreamland Golf Club-da sahiblərinə təqdim olunacaqdır. Göstərilən digər uduşlar isə, qaliblərin istəklərinə görə Dreamland Golf Club–da və ya bölgələrdə Sun Food bölgə nümayəndəliklərində təqdim ediləcəkdir. Tirajın keçirilməsindən sonra qalib gələn şifrələrin iştirakçılar Təşkilatçı tərəfindən zəng mərkəzi və ya SMS vasitəsilə məlumatlandırılacaq.

Qalib olan iştirakçılar uduş fondunun oynanıldığı tarixdən sonra ən gec 90 (doxsan) iş günü ərzində qalib gələn Azerçay çayının şifrəli qutusu və şəxsiyyət vəsiqəsi ilə birlikdə Təşkilatçıya müraciət edərək Nissan X-Trail  avtomobil və digər uduşları tələb edə biləcək.

Azerçay Buket, Klassik, Pekoe və Gül bağçası 450 qramlıq məhsullar üçün Nissan X-Trail uduşu Təşlilatçı tərəfindən qalib gələn şifrəli Azerçay çay qutusu qəbul edildiyi halda 30 (otuz) gün ərzində təqdim ediləcəkdir.

Azerçay Buket, Klassik, Pekoe və Gül bağçası 250 qramlıq məhsullar üçün udulan uduşlar isə qutular təqdim edildikdən 30 (otuz) gün ərzində təqdim ediləcəkdir.