Lotereya şərtləri


“Doğma çayınızdan qazandıran lotereya” adlı tirajlı stimullaşdırıcı lotereya ilə ümumi 6 ədəd Nissan X-Trail avtomobili və 288 ədəd müxtəlif hədiyyələrdən Siz də qazanın!

15.10.2021-cu il tarixindən 31.01.2022-ci il tarixinədək keçiriləcək və 3 tirajdan ibarət lotereyada iştirakçı olmaq üçün Azerçay Buket, Klassik, Pekoe və Gül bağçası məhsullarının 250 qramlıq və 450 qramlıq məhsul qutularının içərisindəki şifrələri 8825 qısa nömrəsinə göndərməklə lotereyada iştirak hüququ qazana bilərsiniz.

Hər bir fərqli şifrə göndərilişi lotereyada yalnız bir iştirak hüququ qazandırır. Lotereyada qalib gəlmiş iştirakçı qutunun içindəki şifrə yazısına heç bir zərər gəlmədən qoruyub saxlamalı və tələb olunduqda təşkilatçıya təslim edə bilməlidir.

Lotereya kampaniyası çərçivəsində Azercell və Bakcell mobil operatorlarının fakturasız xətt abunəçiləri 250 qramlıq məhsul qutularının içərisindəki şifrələr şəbəkədaxili hədiyyə 3 danışıq dəqiqəsi və 450 qramlıq məhsul qutuların içərisindəki şifrələr şəbəkədaxili hədiyyə 5 danışıq dəqiqəsi əldə etməyə imkan verir.

“Doğma çayınızdan qazandıran lotereya” adlı tirajlı stimullaşdırıcı lotereya 3 tirajdan ibarət olacaq və tirajlar aşağıdakı tarixlərdə keçiriləcək:

1-ci tiraj: 01 dekabr 2021-ci il

2-ci tiraj: 04 yanvar 2022-ci il

3-cü tiraj: 01 fevral 2022-ci il

Lotereya müddətində şifrələrin 8825 qısa nömrəsinə doğru formada göndərilməsi nəticəsində əldə edilmiş sıra saylarının iştirak hüququ tirajlar üzrə aşağıdakı tarixləri əhatə edir:

1-ci tiraj: 15.10.2021-30.11.2021

2-ci tiraj: 01.12.2021-31.12.2021

3-cü tiraj:01.01.2022-31.01.2022

Uduş fondunun oynanılması – qalibin müəyyən edilməsi

Uduş fondunun oynanılması 2 fərqli formada təşkil ediləcəkdir.  Nissan X-Trail Avtomobililləri Lototron vasitəsi ilə şəffaf formada canlı yayımla həyat keçiriləcəkdir. Lototronun içərisində istirakçı saylarına uyğun rəqəmlər yerləşdirilmiş kiçik toplar olacaq. Lototrondan hansı sıra sayısı çıxarsa, həmin sıra sayısının sistem tərəfindən avtomatik qaydada verilmiş olduğu şifrəli Azerçay çay qutusunun sahibi iştirakçı qalib olmuş olacaq.

Hər ay uduş fondunda olan aşağıdakı uduşlər isə elektron sistem ilə random çəkim ilə həyata keçiriləcəkdir:

Məhsul miqdar
Telefon Samsung Galaxy A31 64GB 66 ədəd
Telefon Samsung Galaxy Note 20 256GB 6 ədəd
Televizor Samsung QE55Q60TAUXRU 6 ədəd
Soyuducu SAMSUNG RT53K6530SL/WT 6 ədəd
Planşet Samsung Galaxy Tab A7(SM-T505) 32GB 6 ədəd
Paltaryuyan Samsung WW70R62LVSXDLP 6 ədəd

Uduş fondunun oynanılması qeyd olunan tarixlərdə Zığ şossesi 22 km, AZ1000 Bakı, Azərbaycan  ünvanında yerləşən Dreamland Golf Club -da həyata keçiriləcəkdir və Azerçay markasının İnstagram səhifəsindən (azercay.az) canlı şəkildə yayımlanacaqdır.